Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
  • Sosial

  • Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər