Biləsuvarda yanğında 8 yaşlı uşaq ölüb, anası ağır xəsarət alıb

Biləsuvarda yanğında 8 yaşlı uşaq ölüb, anası ağır xəsarət alıb
  • Hadisə

  • Daxili İşlər Nazirliyi Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən yanğın haqqında məlumat yayıb.

    Asiya.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

    Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N. Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.

    Uşaq orada ölüb, G. Məmiyevanın vəziyyəti orta-ağırdır.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər