Azərbaycanlı aparıcı ölümdən döndü

Azərbaycanlı aparıcı ölümdən döndü
  • Mədəniyyət

  • ARB kanalında yayımlanan “Ferma” realiti-şounun ilk aparıcısı kimi tanınan Yeganə Cansail cərrahi əməliyyat keçirən zaman ölümlə üzləşib.

    Asiya.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı cərrahi əməliyyatdan sonra bir müddət ayılmadığını deyib: “Bir müddət öncə, burnumdan əməliyyat olundum. Əməliyyatdan sonra ayılmamışam, həkimlər hətta kliniki ölüm keçirdiyimi deyiblər. Doğrudan da, ölümü yaşayıb, gəldim. Qaranlıq tunelin sonundakı işığı mən də gördüm. Dünyasını dəyişən babamın mənə “geri qayıt” deyə qışqırması hələ də qulaqlarımdadır. Doğrudan da, ruhlar aləmi və ölümdən sonrakı həyat var. Bəlkə də, indi o dünyadaydım, məni həyata babamın ruhu qaytardı”.

    Aparıcı ikinci dəfə də əməliyyat olunmalıdır, amma həmin dəhşətli hadisədən sonra buna ürək eləmir: “ Həkimlər yenidən cərrahi müdaxilənin vacib olduğunu deyir, amma çox qorxuram”.
    PAYLAŞ:

    Oxşar xəbərlər