Azərbaycanda dəhşət: ana 5 yaşlı qızını zəhərləyib öldürdü

Azərbaycanda dəhşət: ana 5 yaşlı qızını zəhərləyib öldürdü
  • Hadisə

  • Qusarda azyaşlı qətlə yetirilib.

    Asiya.az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

    Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

    G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər