Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO

Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO
  • Hadisə

  • “Sovetski”də 1 nəfəri öldürüb, iki nəfəri yaralayan şəxs saxlanıldı.

    Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.

    Asiya.Az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.

    Hazırda hadisəni digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, məlum hadisə ötən gecə paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

    Dostlarının köməyilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.

    Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


    Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO
    Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO
    Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO
    Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO
    Bakıda mənzilə basqın: Ölən və yaralananlar var – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər