Trampdan müsəlmanlara qarşı daha bir hörmətsizlik

Trampdan müsəlmanlara qarşı daha bir hörmətsizlik
  • Dünya

  • Ağ Sarayda 21 ildir baş tutan iftar yeməyi ləğv olunub

    1996-cı ildən bu günə qədər Ramazan bayramının son günü Ağ Sarayda verilən ənənəvi iftar yeməyi 21 il sonra ilk dəfə bu il baş tutmayıb.

    Asiya.Az Musavat.com-a istinadən xəbər verir ki, bu haqda “The Independent'”də geniş bir məqalə yer alıb. Məqalədə qeyd olunub ki, Tramp hakimiyyəti Klinton, Buş və Obamanın prezidentlikləri dövründə amerikalı müsəlmanların da iştirakı ilə keçirilən iftar yeməyini bu il gerçəkləşdirmədi.

    Daha öncə xarici işlər naziri Reks bildirdmişdi ki, bu il təmsil etdiyi nazirlikdə iftar yeməyi təşkil olunmayacaq. Ağ Saraydakı ilk iftar yeməyi 1805-ci ildə, həmin dövrün ABŞ prezidenti Tomas Ceffersin tərəfindən Tunis səfirinin şərəfinə verilmişdi.

    1996-cı ildə həmin dövrün prezidenti olan Bill Klintonun həyat yoldaşı, birinci xanım Hillari Klinton Ağ Sarayda iftar yeməyi verib, bunun ardınca isə bu aksiya illik bir ənənəyə çevrilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər