Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar
  • Manşet / Olay

  • Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

    Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.

    İ. Vasin xəstəxanaya yerləşdirilib.

    Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

    Faktla əlaqədar cinayət işi başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər