MM bir sıra hakimlərin namizədliyini təsdiqləyib

MM bir sıra hakimlərin namizədliyini təsdiqləyib Milli Məclisin (MM) bu gün keçirilən iclasında müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı məsələyə baxılıb.

Asiya.az xəbər verir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə MM-ə daxil olan məsələ barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

MM sədrinin birinci müavini, Məhkəmə və Hüquq Şurasının üzvü Ziyafət Əsgərov çıxış edərək ölkədə məhkəmə sistemində aparılan islahatlardan danışıb.

Sənədə görə, hakimlər Akif Əsgər oğlu İsgəndərov, Əhməd Güləhməd oğlu Nurməmmədov, Mehparə Tofiq qızı Əhmədova və Rahib Sahib oğlu Nəbizadənin Ali Məhkəmə hakimliyinə namizədliyi irəli sürülüb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın vəzifəsindən azad edilərək iyulun 28-dən etibarən Ali Məhkəməyə hakim təyin edilməsi təklif olunub.

Kəpəz rayon məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz rayon məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə, Quba rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə hakimliyə təqdim olunublar.

Məsələ səsə qoyularaq qəbul olunub.

Oxşar xəbərlər