İlham Əliyev məscidi sökdürən icra başçısını vəzifədən azad etdi (Rəsmi)

İlham Əliyev məscidi sökdürən icra başçısını vəzifədən azad etdi (Rəsmi)
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münasibəti barədə açıqlama verib.

    Asiya.az "azərtac"-a istinadən xəbər verir ki, Əli Həsənov hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verdiyini deyib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdir ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunub.

    İlham Əliyev məscidi sökdürən icra başçısını vəzifədən azad etdi (Rəsmi)

    Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi.

    Əli Həsənov onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış, müvafiq tikinti işlərinə başlanıb.

    Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib.

    Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

    Qeyd edək ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunub.

    Asiya.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısı hələlik onun yerinə təyinat etməyib.

    Mehdiyev İbrahim Əsgər oğlu 1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.

    Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.

    2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Evlidir, iki övladı var.


    İlham Əliyev məscidi sökdürən icra başçısını vəzifədən azad etdi (Rəsmi)
    PAYLAŞ:

    Oxşar xəbərlər