Azərbaycanın məşhur polisləri (FOTOLAR)

Azərbaycanın məşhur polisləri (FOTOLAR)
  • Maraqlı / Araşdırma / Manşet

  • Bu gün Azərbaycan Polisi Günu qeyd olunur.

    Asiya.az a24.az-a istinadən Azərbaycanın polis adı daşıyan məşhurlarının siyahısını təqdim edir:

    Əməkdar artist Cabir İmanov – 18 ildir ki, polis orqanlarında çalışır. Hazırda polis polkovnik-leytenantıdır.

    Azərbaycanın məşhur polisləri (FOTOLAR)

    “Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədov - Hazırda Daxili İşlər Nazirliyində işləyir, polis polkovnik-leytenant rütbəsindədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.

    Azərbaycanın məşhur polisləri (FOTOLAR)

    Güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionun kimi tarixə düşən, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayev - hazırda polis polkovnik-leytenantıdır.

    Azərbaycanın məşhur polisləri (FOTOLAR)

    Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov - Daxili İşlər Nazirliyində, Nərimanov rayonu cinayət axtarış şöbəsində polkovnik-leytenant rütbəsində işləyir.

    Azərbaycanın məşhur polisləri (FOTOLAR)

    Stend atıcılığı üzrə olimpiya mükafatçısı Zemfira Meftahətdinova - 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

    Azərbaycanın məşhur polisləri (FOTOLAR)

    Məşhur saatsaz Hacı Fətəliyevin oğlu Ceyhun Fətəliyev – Suraxanı Rayon Polis İdarəsinin kadrlar şöbəsinə rəisidir.

    Azərbaycanın məşhur polisləri (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər