Lənkəranda toyda qadın öldü, həkim döyüldü

Lənkəranda toyda qadın öldü, həkim döyüldü
  • Hadisə

  • Həkim kəllə-beyin travması alaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

    Asiya.az "Report"un Cənub bürosuna istinadən xəbər verir ki, şəhərdə yerləşən şadlıq saraylarından birində qəfil halı pisləşən 1957-ci il təvəllüdlü Lənkəran şəhər, Bala Məmməd küçəsi, ev 2 sakini Axundova Xeyrannisə Cəlil qızına tibbi yardım göstərilməsi üçün "təcili yardım" çağırılıb.

    Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, Aşağı Nüvədi kənd sakini 1988-ci il təvəllüdlü Həsənov Vüsal Fayaz oğlu xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. "Təcili yardım" maşınına da ziyan vurulub. Xəstənin ürəktutmasından keçindiyi bildirilir.

    Həkim isə kəllə-beyin travması alaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər