Ermənistan Alxanlını məhz buna görə vurdu - Politoloq

Ermənistan Alxanlını məhz buna görə vurdu - Politoloq
  • Siyasət

  • Ermənistan tərəfi terrorizm aktı törədib. Bunu başqa sözlə izah etmək mümkün deyil. Artıq Ermənistan Azərbaycanın dinc əhalisi ilə müharibəyə başlayıb.

    Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, Ermənistanın mülki əhali arasında panika yaratmaq istədiyini bildirib:

    “Görünür, Azərbaycan ordusu ilə toqquşmaq istəmir. Gücü dinc əhaliyə, qadınlara, uşaqlara çatır. Bu erməni vəhşilikləri dəfələrlə təkrarlanıb. Məqsədləri Azərbaycanın dinc əhalisinə psixoloji təzyiq göstərmək, panika yaratmaq, stabilliyi pozmaqdır. Onlar istəyirlər ki, sərhəd bölgələrində olan əhali o yerləri tərk etsin.

    Çox təəssüf ki, dünya ictimaiyyəti, bir sıra aparıcı dövlətlər bu hadisələrə biganə qalaraq, seyrçi mövqe nümayiş etdirir. Digər reallıq ondan ibarətdir ki, bir sıra ölkələrin görkəmli ictimai-siyasi xadimləri artıq Ermənistanın siyasətini pisləyir. İspaniya, İsrail, Fransa dövlət xadimləri də başa düşür ki, ermənilər qumbaralar, mərmilər ataraq və iri çaplı pulemyotlardan atəş açaraq, heç bir günahı olmayan dinc əhalini hədəfə alırlar.

    ATƏT-in Minsk qrupunun həmsədrləri ikinci bəyanat verib. Birinci bəyanat çox zəif idi və bizi qane etmirdi. Biz onları məcbur etdik ki, ikinci bəyanat verilsin. İkinci bəyanatda daha sərt ifadələr yer alıb”.

    Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı (nənə və nəvə) həlak olublar. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər