Asiya.az publika.az-a istinadən bu yazıda oxucuları çoxuşaqlı məşhur analarla tanış edir:
Fidan Hacıyeva
Əməkdar artist Fidan Hacıyeva 2 oğul, bir qız anasıdır. Fidan Hacıyeva İngiltərə vətəndaşı ilə ailəlidir.
Elnarə Xəlilova
Müğənni Elnarə Xəlilova isə siyahının rekordçusudur. Telejurnalist Rövşən Cahangirovla ailəli olan ifaçı 3 oğul və bir qız anasıdır.
Nura Suri
Nura Suri də 3 oğul anasıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Nura 3 uşaq sahibi olmasına baxmayaraq, ideal bədən ölçülərini qoruyub saxlayan nadir yerli ifaçılardandır.
Gülyanaq Məmmədova
Xalq artisti Gülyanaq Məmmədova bu ilin yanvarından 4-cü dəfə ana olub. O, dördüncü övladını 43 yaşında dünyaya gətirib. Müğənni açıqlamasında bildirib ki, çoxuşaqlı ana olması onda karyerasını davam etdirməyə mane olmur.
Mələkxanım Əyyubuva
Erkən yaşlarında hüquq-mühafizə orqanlarında çalışan bəylə ailə həyatı quran M.Əyyubova dörd övlad anasıdır. Xalq artistinin iki oğlu və iki qızı var.
Aygün Mahmudova
Kənan Mahmudovla ailəli olan müğənni Aygün Mahmudova 3 uşaq anasıdır. Onun rejissorla nikahından 2 qızı və bir oğlu var.
Aysel Adıgözəlova
“Eurovision 2009” təmsilçimiz Aysel Adıgözəlova ailə qurduqdan sonra karyerası ilə birdəfəlik vidalaşsa da, o, da 3 uşaq anasıdır. Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəli olan Ayselin bu nikahdan 2 oğlu və bir qızı var.