Masallının Ərkivan qəsəbəsində evdən qızıl və pul oğurlanıb

Masallının Ərkivan qəsəbəsində evdən qızıl və pul oğurlanıb
  • Hadisə

  • Masallıda evdən qızıl və pul oğurlanıb.

    Asiya.az xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində baş verib.

    Qəsəbə sakini Əşrəf Səfərova məxsus evə axşam saatlarında naməlum şəxs və ya şəxslər daxil olub. Oradan ümumi dəyəri 5000 manatdan artıq olan qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlanıb. Hələlik hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər