Prezidentin tapşırıqlarına əməl etməyən icra başçıları – Onlar ilin sonuna kimi yola salınır...

Prezidentin tapşırıqlarına əməl etməyən icra başçıları – Onlar ilin sonuna kimi yola salınır...
  • Siyasət / Araşdırma / Manşet

  • Prezident İlham Əliyev iyulun 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində yaxın aylarda komandada ciddi kadr islahatlarının başlayacağı barədə xəbərdarlıq edib. Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışıb, bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırladıb.

    Prezident çıxışında deyib:"Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

    İlham Əliyev onu da bildirib ki, bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır."Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq edib.

    Görəsən prezidentin nəzərdə tutduğu rayonlar hansılardır?

    AZXEBER.COM olaraq apardığımız araşdırmada məlum oldu ki, son illər ölkəmizin bir çox bölgələrində xüsusən də Şimal rayonlarında çoxlu sayda otel kompleksləri inşa edilir. Xüsən, Qəbələ, Quba, Şamaxı kimi rayonlarda turizm potensialından nisbətən aktiv istifadə edilir və əcnəbilərin bura gəlişi təmin edilir.

    Eyni turizm potensialı Cənub bölgələrində olsa da, buraya heç bir xarici turistin gəldiyini demək olmaz..

    Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək və eyni zamanda dövlətdən olan maliyyə asılılığını azaltmaq istiqamətində rayonların bir çoxu iş görə bilmir.

    Masallı rayonun icra başçısı Rafil Heseynovda bu qəbildən olan məmurlardandır. Masallının yerli və xarici tursitləri cəlb etmək üçün münbit şəraiti olsa da, rayonda turizm sahəsində heç bir yenilikdən danışmaq olmaz. Rayonda istifadədə olan iaşə obyektlərinin, otellərin və istirahət mərkəzlərinin böyük əksəriyyəti rayondakı yüksək çinli məmurların, ya da icra başçısına yaxın adamlarındır. Xarici investitorların rayona cəlb edilməsi sahəsində R.Hüseynovun heç bir iş görmədiyini demək olar. Bundan başqa ötən il icra başçısının oğlunun öz dostları ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum çəkərək dava salması da onun bu çətin sınaqdan çıxa bilməyəcəyini deməyə əsas verir.

    Tarixi və mədəniyyəti zəngin olan və xarici turstlər üçün əvəzolunmaz yerlərdən hesab edilməli olan şəhərlərin başında Lənkəran gəlir. Taleh Qaraşovun illərdir rəhbərlik etdiyi şəhərdə isə turizmdən danışmaq olmur. Bu şəhərdə Beynəlxaql Hava Limanı açılsa da, hansısa bir xarici investitorun Lənkərana ayaq basdığını görən olmayıb. Dövlətdən ayrılan dotasiyalar hesabına ayaqda qalan Lənkəranda, turizm adı altında işlər kasaddır. Şəhərdə olan ticarət mərkəzləri və istirahət mərkəzləri yüksək rütbəli məmurlarındır. T.Qaraşovun da dekbarın 15-nə kimi adının "qara siyahı”da olacağını demək olar.

    Cənub rayonlarından söz düşmüşkən Yardımlını da unutmaq olmaz. Bura da xarici turistlərin gəlməsi üçün cəlbedici təbiyətə sahib olsa da, rayonda inkişaf adı altında heçnənin adını çəkmək olmur. Rayonun icra başçısı Ayaz Əsgərov da qardaşı, keçmiş dəmiryolçu Asif Əsgərov kimi "gözəgörünməz” olmaq qərarına gəlib. Cavid Qurbanovun birbaşa dilindən Asif Əsgərovun illərdir Dövlət Dəmiryollarında apardığı talançılıq fəaliyyəti haqqında məlumatların yayılması onun qardaşı Ayaz Əsgərovun yola salınması üçün əsas səbəblərin başında gəlir. Onun fəaliyyətsizliyi isə bu faktın altından xətt çəkmək üçün yetərli səbəbdir.

    Bütün bunlarla bərabər, haqqında çoxlu sayda şikayətlər yazılan icra başçılarından biri hesab olunan Mahir Quliyevin də ilin sonuna kimi yola salınacağını gözləmək olar. Biləsuvarda kənd təsərrüfatı və heyvandarlıq sahəsində heç bir irəliləyişin olmaması, rayondakı bütün məmurların dövlətin ayırdığı dotasiyaya göz tikməsi onun üçün də yolun sonunun gəldiyini deməyə əsas verir. İcra başçısının adının da prezidentin önünə qoyulacaq "fəaliyyətsiz məmurlar” siyahısında olacağına şüphə yoxdur.

    Araşdırmamız davam edəcək...
    PAYLAŞ:

    Oxşar xəbərlər