Nabranda "Atlant" istirahət mərkəzində dəhşətli faciə: - 10 yaşlı uşaq öldü

Nabranda "Atlant" istirahət mərkəzində dəhşətli faciə: - 10 yaşlı uşaq öldü
  • Sosial / Olay

  • Nabrandakı istirahət mərkəzində faciə baş verib.

    "Report"un Şimal bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında Nabrandakı "Atlant" istirahət mərkəzində 10 yaşlı uşaq hovuzda boğulub.

    Bakıdan valideynləri ilə birlikdə istirahətə gedən Qədirov Xəyal Nihad oğlu hovuzda çimərkən boğulub. Hadisə uşağın valideynlərinin gözü qarşısında baş verib.

    Hadisə yerinə Xudat Şəhər Xəstəxanasından təcili tibbi yardım maşını gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı araşdırma aparmaq üçün hadisə yerinə gəliblər.
    ha
    PAYLAŞ:

    Oxşar xəbərlər