Rusiyada azərbaycanlıların ağlasığmaz vəhşiliyi – FOTO

Rusiyada azərbaycanlıların ağlasığmaz vəhşiliyi – FOTO
  • Dünya / Hadisə

  • Rusiyada 15 yaşlı qızı zorlayıb öldürməkdə təqsirli bilinən 29 yaşlı Azərbaycan vətəndaşı Əlizadə Əli Qismət oğlu Vladiqafqaz şəhərində saxlanılıb.

    Asiya.az xəbər verir ki, onunla əlbir olan digər 26 yaşlı Azərbaycan vətəndaşı da həbs edilib.

    Q.Əlizadə iyulun 14-nə keçən gecə Şimali Osetiyadan İnquşetiyaya keçmək istəyərkən tutulub.

    Qeyd edilir ki, 15 yaşlı Yekaterina Bibikin anası qızının itkin düşməsi ilə bağlı Novorossiysk şəhər polisinə iyulun 10-da müraciət edib. Müstəntiqlər müəyyən ediblər ki, yeniyetmə qız həmin gün nənəsinin evindın çıxıb və bir daha geri qayıtmayıb.

    İlkin versiyaya görə, Yekaterina iyulun 10-da saat 19:25 radələrində Lenin parkında Qismət Əlizadə ilə görüşüb. Sonra "QAZel” markalı avtomobildə Qismətin dostları gəlib və onlar qıza dəniz kənarına getməyi təklif ediblər, lakin nəticədə onu üzümlüyə aparıb zorlayıblar.

    "İnsanların olmadığı yerdə avtomobili saxlayıb, yetkinlik yaşına çatmayan qızı növbə ilə zorlayıblar, sonra isə öldürüblər”, - Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər