Bakıda dəhşətli qətl- qısqanclıq zəmnində törədilib -Yenilənib

Bakıda dəhşətli qətl- qısqanclıq zəmnində törədilib -Yenilənib
  • Mədəniyyət

  • Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində törədilmiş qətlin üstü "isti izlər” lə açılıb.

    Asiya.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 16-da saat 11 radələrində paytaxtın Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlunun aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokuroakurluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qısqanclıq zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib.

    Asiya.az ARB TV-yə istinadla xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.

    Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.

    Rizvan Əflatunov (dayısı): "Burada 2 dənə zavodun kamerası var. Hadisə düz kameranın altında baş verib. Vasif dünən toydan gec gəlib yatmışdı. Qapını döyüb Vasifi çağırıb. Çıxan kimi ürəyindən bıçağı sancıb. Anası hay-həşir saldı, xəstəxanaya apardılar. Ora çatan kimi keçindi".

    Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb.

    Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb.

    Faktla bağlı araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər