Masallıda yol polisini vurub qaçan şəxs saxlanıldı

Masallıda yol polisini vurub qaçan şəxs saxlanıldı
  • Hadisə

  • Masallıda yol polisini avtomobillə vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.

    Asiya.az xəbər verir ki, Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masallının Köhnə Alvadı kənd sakini Racik Məmmədov saxlanılıb.

    O, ötən gecə idarə etdiyi "VAZ-21099” markalı avtomobillə Binə Xocavar kəndi ərazisində sərxoş sürücülərə qarşı reyd zamanı həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, baş serjant Qoşqar Eynalovu vuraraq hadisə yerindən qaçmışdı.

    Masallı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Q.Eynalovun vəziyyətinin artıq qənaətbəxş olduğu bildirilir. Qeyd edək ki, R.Məmmədov əvvəllər məhkum həyatı yaşayıb.

    Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər