Rəis oğlunun "Porsche" ilə üstündən keçdiyi şəxsin kimliyi açıqlandı

Rəis oğlunun İyulun 19-na keçən gecə Bakı şəhər Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində "Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı "Mercedes Sprinter” markalı mikroavtobusun vurub 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlunun sürdüyü "Porsche"nin altına atdığı piyadanın 1975-ci il təvəllüdlü Musayev Mirmehdi Soltanəli oğlu olması müəyyən edilib. Onun meyiti ailəsinə təhvil verilib.

Qeyd edək ki, "Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Oxşar xəbərlər