Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü

Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü
  • Dünya, Manşet

  • Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə məhv olub.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, iyulun 24-də yerli vaxtla saat 01.35-də Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə yanğın baş verib. Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.

    Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Yanğın baş verən vaxt ana evdə olmayıb.

    Hadisənin səbəbi araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər