Bakıdakı dəhşətli yanğın söndürüldü - FOTO - VİDEO

Bakıdakı dəhşətli yanğın söndürüldü - FOTO - VİDEO
  • SƏNƏT

  • Hadisə Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

    Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

    Asiya.az xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

    Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

    Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.




    Bakıdakı dəhşətli yanğın söndürüldü - FOTO - VİDEO
    Bakıdakı dəhşətli yanğın söndürüldü - FOTO - VİDEO
    Bakıdakı dəhşətli yanğın söndürüldü - FOTO - VİDEO
    Bakıdakı dəhşətli yanğın söndürüldü - FOTO - VİDEO
    Bakıdakı dəhşətli yanğın söndürüldü - FOTO - VİDEO
    PAYLAŞ:

    Oxşar xəbərlər