Asiya.az xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu avqustun 18-də yekunlaşacaq. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə avqustun 15-dən 30-dək məktəbə müraciət etmək lazımdır.
Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.