Əli Həsənovun nəvəsi 5 il öncə də dəhşətli qəza törədib (FOTOFAKT)

Əli Həsənovun nəvəsi 5 il öncə də dəhşətli qəza törədib (FOTOFAKT)
  • Sosial / Araşdırma / Cəmiyyət / Manşet

  • Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəzanı törədən 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğunu xəbər vermişdik.

    Asiya.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, bu, “Qaçqınkom” sədrinin nəvələrinin adı hallandığı ilk hadisə deyil. Belə ki, 2012-ci ilin iyununda da Nail Allahverdiyevə məxsus 90-LV-090 dövlət nömrə nişanlı maşın qəza törədib. Həmin vaxt Həsənovun nəvəsinə məxsus yüksək sürətlə hərəkət edən “BMW x6” markalı maşın işıqforun qırmızı işığında dayanan 4 maşına çırpılıb. Qəza zamanı “Mercedes”, “Vaz 2106”, “Ford” və “Mercedes” mikroavtobus markalı maşınlara ciddi ziyan dəyib.

    Sizə təqdim etdiyimiz fotolarda da 90-LV-090 markalı maşının Nail Allahverdiyevə məxsus olduğu təsdiqlənir. Allahverdiyevin sosial şəbəkədə əvvəlki paylaşımlarına diqqət yetirsək, onun avtomobillərə xüsusi maraq göstərdiyinin şahidi olarıq. Bundan başqa o, Sumqayıtın ən məşhur gənclərindən hesab olunur. Təbii ki, maddi imkanına görə…

    Əli Həsənovun nəvəsi 5 il öncə də dəhşətli qəza törədib (FOTOFAKT)
    Əli Həsənovun nəvəsi 5 il öncə də dəhşətli qəza törədib (FOTOFAKT)
    Əli Həsənovun nəvəsi 5 il öncə də dəhşətli qəza törədib (FOTOFAKT)
    PAYLAŞ:

    Oxşar xəbərlər