Maskalı şəxslər kimsəsiz qadını zorlayıb, pulunu oğurladılar - Azərbaycanda dəhşət

Maskalı şəxslər kimsəsiz qadını zorlayıb, pulunu oğurladılar - Azərbaycanda dəhşət
  • Hadisə

  • İmişli şəhərində dəhşətli hadisə baş verib.

    Asiya.az xəbər verir ki, İmişli şəhəri, Şıxlinski küçəsi, ev 1-də tək yaşayan qadın G.İ (ad şərtidir) 3 nəfər tərəfindən zorlanıb.

    Hadisə iyulun 28-də gecə saatlarında baş verib. Yaşlı olmasına baxmayaraq ailə həyatı qurmamış G.İ-nin evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl qolunu bağlayaraq onu zorlayıblar.

    Evə daxil olan şəxslər bununla yanaşı mənzildən 1000 manat da pul oğurlayıblar.

    Faktı İmişli Rayon Polis İdarəsindən də təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər