Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralılar var (FOTOLAR)

Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralılar var (FOTOLAR)
  • Maraqlı / Olay

  • Sumqayıtda yataqxanada partlayış olub.

    Asiya.az xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
    Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

    Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində yanğın olub.

    Yanğının söndürülməsi zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


    Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralılar var (FOTOLAR)

    Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralılar var (FOTOLAR)

    Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralılar var (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər