Maşın bazarında son vəziyyət - VİDEO

Maşın bazarında son vəziyyət - VİDEO Bazarda həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiyməti artıb. Bununla yanaşı, son vaxtlar alıcı qıtlığı yaranıb.

Asiya.az xezerxeber.az-a istinadən bildirir ki, elə çəkiliş zamanı da bazardakı vəziyyətin həqiqətən də yaxşı olmadığının şahidi olduq. Satıcılar deyir ki, Aİ-92 markalı yanacağın qiyməti qalxandan sonra dizellə işləyən avtomobillərə tələbat çoxaldığından, bu avtomobillərin qiyməti artıb. Benzinlə işləyən maşınlar artıq çox alınmadığından qiymətin ucuzlaşacağı gözlənilsə də, əksinə olub. Bu avtomobillərin də qiyməti bahalaşıb.

Qiymət artımı həm xarici, həm də Rusiya isehsalı olan avtomobilərdə özünü göstərir.

Satıcılar benzinlə işləyən avtomobillərin qiymətinin qalxmasını müxtəlif səbəblərlə izah edirlər.

Satıcıların sözlərinə görə, qiymətdə yenidən artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə bilinəcək.



Oxşar xəbərlər