Prezident fərman imzaladı

Prezident fərman imzaladı
  • Siyasət / Manşet

  • Bu gün Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında” qanununa dəyişikliklə bağlı fərman imzalayıb.

    Asiya.az xəbər verir ki, fərmana əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

    Dəyişikliklə "İnzibati və yardımçı vəzifələrin təsnifatı"ın 11.1.8.2 bəndinə "müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri" də edilib.

    İndiyədək isə bu bəndə "müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri" daxil idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər