Ermənilər hücuma keçdi, ordumuz düşmən kəşfiyyatçısını məhv etdi (VİDEO)

Ermənilər hücuma keçdi, ordumuz düşmən kəşfiyyatçısını məhv etdi (VİDEO)
  • Mədəniyyət

  • Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

    Asiya.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

    Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.


    PAYLAŞ:

    Oxşar xəbərlər