İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)

İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)
  • Siyasət

  • Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının yeni müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Fərəcova Rəna Möhübbət qızı təyin edilib.

    Rəna Fərəcova Azərbaycan Dillər Universitetinin məzunudur. O, 2011-ci ildə Bakalavr, 2013-də Magistr təhsilini bitirib.

    İcra başçısının müavini bundan əvvəl Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasında müəllim kimi fəaliyyət göstərib.

    O, filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını "Müasir ingilis dilində təyin-budaq cümləli tabeli mürəkkəb cümlələrin variativliyi" mövzusu üzrə müdafiə edib.

    ***

    Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.

    Asiya.az-ın report-a istinadən xəbərinə görə, bu vəzifəyə Rəna Fərəcova təyin edilib.

    Qeyd edək ki, R.Fərəcova Arzu Məmmədovanın yerinə təyin olunub. A.Məmmədova icra hakimiyyəti başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunmuşdu. Bir müddət əvvəl, həmin vəzifədən azad edilib.


    İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)
    İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)
    İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)
    İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)
    İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)
    İcra başçısının yeni xanım müavini kimdir? - Yenilənib (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər