Azərbaycan Atletika Federasiyası Ramil Quliyevə görə "Fənərbaxça" prezidentini təhdid edib - şok İDDİA

Azərbaycan Atletika Federasiyası Ramil Quliyevə görə "Fənərbaxça" prezidentini təhdid edib - şok İDDİA
  • Manşet / İdman

  • Türkiyənin "Fənərbaxça” idman klubunun başqanı Əziz Yıldırım bu klubun üzvü, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə birinci yerə çıxıb sensasion qələbə qazanan Ramil Quliyevə görə Bakıdan təhdid məktubu alıb.

    Bunu klubun atletizm şöbəsinin başqanı Fikret Çetinkaya Türkiyə mətbuatına açıqlamasında deyib.

    Çetinkaya deyib ki, Ramil Quliyevi Türkiyə idmanına Əziz Yıldırımın razılığı ilə məhz o qazandırıb.

    "Ramili dəvət etdik, atası ilə birlikdə gəldi. Azərbaycan vətəndaşı olaraq "Fənərbaxça” lisenziyası ilə qaçışlarda iştirak etdi. Buna görə Azərbaycanda problemlər yaşadı. Bir müddət ondan xəbər ala bilmədik. Atası Bakıya dönəndən sonra vəfat etmişdi. Dramatik bir şəkildə başladıq. Azərbaycanla problemlər böyüdü. Ramil Quliyevə Qətərdən, Rusiyadan təkliflər gəlirdi. Ancaq o, "Fənərbaxça”nı tanıyırdı, burada qalmaq istədi. Həyat yoldaşı ilə birlikdə Türkiyəyə yerləşdi. Bu dəfə Azərbaycan Atletika Federasiyası ilə problemlər yaşadıq. Əziz Yıldırımı təhdid edən məktub gəldi, Azərbaycan federasiyasından...”, - Fikret Çetinkaya bildirib.

    Xatırladaq ki, bundan əvvəl Ramil Quliyev özü də Bakıdan onu təhdid etdiklərini, Azərbaycana qayıdacağı halda həbslə hədələndiyni "Hürriyet” qəzetinə danışıb.

    virtualaz.org
    PAYLAŞ:

    Oxşar xəbərlər