Kömək etmək istəyən sürücünü yük maşını vurub öldürdü – VİDEO

Kömək etmək istəyən sürücünü yük maşını vurub öldürdü – VİDEO
  • Hadisə

  • İsmayıllıda ağır yol qəzası baş verib. “ARB Şəki”dən virtualaz.org-a verilən məlumata əsasən, hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində baş verib.

    Yolda hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən “VAZ 2107”nin sürücüsündən kömək istəyib. Sürücü – Sumqayıt sakini Xalid Mustafayev kömək məqsədilə avtomobildən yerə düşərkən İsmayıllı sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı yük avtomobili ilə onu vurub.

    Xalid Mustafayev ağır kəllə beyin travması diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər