Rusiyalı idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTOLAR - VİDEO

Rusiyalı idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTOLAR - VİDEO Rusiyada idmançını qətlə yetirən azərbaycanlı Anar Allahverənovun axtarışı davam etdirilir.

Lent.az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən Anar Allahverənov saxlanılmayıb, amma axtarışı davam etdirilir.

Xatırladaq ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı “Qalareya” kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbəylə onu öldürüb.

Bu arada Anar Allahverənovun şəxsiyyəti ilə bağlı bəzi məqamlar məlum olub. Anarın yaxın dostu Çingiz Fərzəliyev yerli telekanallara açıqlamasında bildirib ki, Allahverənov qarışıq döyüş növləri ilə məşğul idi. O, bir neçə turnirdə uğurlar qazanıb, idman dərəcəsi var: “Biz il yarım bir yerdə məşq etmişik. Sonradan mən zədələndim və idmandan ayrıldım. Anar döyüş sambosu üzrə idman ustasıdır. Xabarovskdakı Dəmiryolu institutunda təhsil alır. Eyni zamanda, tikintidə briqadir işləyirdi. Elə Dyaçov da vaxtıyla onunla bir yerdə idman məktəbinə gedib” , deyə Fərzəliyev bildirib.

Xabarovskdakı mənbələrdən aldığımız məlumata görə, artıq şəhərin bütün küçələrinə, dəmiryolu və avtovağzallara, təyyarə limanına Anarın şəkli olan vərəqələr yapışdırılıb.

Pauerliftinq üzrə dünya və Avropa çempionu olan Rusiya vətəndaşı Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənovun qardaşı hazırda həbsxanadadır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Natiq Xabarovskda adam döyməkdə ittiham olunaraq həbs edilib.

Qeyd edilir ki, şübhəlilər Yevgeni Rufanov və Natiq Allahverənov polis tərəfindən 11 ay axtarılıb və 2013-cü ildə saxlanılıb.

“Görürük ki, insanların döyülməsi ailənin xüsusiyyətidir. Qardaşı yalnız insanı döyübsə, Anar onu öldürüb”, - xəbərə reaksiya verən blogerlərdən biri yazıb.

Oxşar xəbərlər