Müəllimlərin maaşı 40 faizə qədər artacaq

Müəllimlərin maaşı 40 faizə qədər artacaq
  • Sosial / İqtisadiyyat

  • 2018-ci ilin sentyabrın 1-dən minlərlə müəllimin maaşı artırılacaq.

    Asiya.az xəbər verir ki, ötən gün bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, diaqnostik qiymətləndirmə ilə yanaşı hər tədris ilinin sonunda mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə işə qəbul edilən müəllimlərin də əmək haqları artırılmalıdır.

    Bu təklif Təhsil Nazirliyi tərəfindən verilib. Nazirliyin nümayəndəsi Eşqi Bağırovun sözlərinə görə, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni oldugundan bu fikir irəli sürülüb. İmtahanların məzmununda ciddi fərqlər olmadığından müəllimlərin maaşlarının da bərabər artırılması məqsədəuyğun hesab edilib.

    Təhsil Nazirliyinin rəsmisi əmək haqlarının nə qədər artırılacağına da aydınlıq gətirib. Onun sözlərinə görə həmin müəllimlərin maaşı müxtəlif amillərdən asılıdır. E.Bağırov müəllimlərin maaşının 30-40 faiz artacağını deyib.

    Qurum rəsmisi qeyd edib ki, bu addım müəllimlərin fəaliyyəti üçün bir stimul olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər