Masallıda tələbə özünü asdı -Foto- Yenilənib

Masallıda tələbə özünü asdı -Foto- Yenilənib
  • Hadisə

  • Masallı rayonunun Şərəfə kəndində 20 yaşlı Sədi Bəşirov intihar edib.

    Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi olan S.Bəşirov nənəsi ilə birlikdə yaşayırdı. O, əmisinin həyətindəki yarımçıq tikilidə intihar edib:

    “Sədinin anası illərdir ağır xəstədir. O, hələ ailə qurmamışdan əvvəl avtomobil qəzası keçirib. Ağır kəllə-beyin travması almışdı. Həmin qəzadan beynində problem qalıb. Uşaqları olandan sonra xəstəlik daha da kəskinləşdi. 4-5 ildir ki, Sədinin anası Bakıda xalasının yanında qalır. O, yataq xəstəsi olmasa da, tək özünü idarə edə bilmir. Sədinin atası ilə boşanandan sonra başqa bir qadınla ailə qurub Bakıda yaşayır. Onun yoldaşından ayrılma səbəbi də məhz xəstəliyi idi”.

    Sakinlər deyir ki, valideynləri ayrılandan sonra Sədi və qardaşına ata nənəsi baxıb:

    “Qardaşının 12 yaşı var. Hadisə baş verəndə də qardaşı, nənəsi, əmisi uşaqları evdə olub. O, əmisinin həyətindəki yarımtikilidə özünü asıb. Onun meyitini ilk dəfə qardaşı görüb, nənəsigilə xəbər verib. Onun intiharının səbəbi dəqiq bəlli olmasa da, ailədə yaşadıqları problem və sıxıntılardan olduğu güman edilir”.

    Sakinlərin sözlərinə görə, S.Bəşirov Mədəniyyət və İncəsənət Universitetində oxusa da, karate, kikboksinq üzrə ölkədaxili dərəcələri var, yaxşı idmançı olub.

    Universitetlə bağlı heç bir problemi olmayıb.

    ***

    Masallı rayonunun Şərəfə kəndində intihar hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, Masallı rayonunu Şərəfə kənd sakini Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi 20 yaşlı Sədi Bəşirovun intihar edib. İdmanla məşğul olan gənc oğlanın anası uzun illər imiş ki, yataq xəstəsi imiş. Belə ki, Sədi anadan olandan az sonra onun anası yol qəzası zamanı ağır xəsarət alıb və yatağa düşüb. Xeyli müddət ailəsinin yanında olan Sədinin atası isə daha sonra başqa qadınla ailə quraraq Bakıya köçüb.

    Gənc oğlanın hansı səbəbdən intihar etməsi hələlik tam dəqiq bilinməsə də, anasının yataq xəstəsi olmasının onda dərin psixoloji sarsıntı yaratdığı bildirilir.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

    Sədi intihar etməzdən əvvəl yaxın qohumuna zəng edərək darıxdığını bildirib:

    "Hadisə ayın 26-da, günorta saatlarında baş verib. O qohumuna deyib ki, "yaman çox darıxıram", səninlə görüşmək istəyirəm. Qohumu da onun dediyi yerə gedib. Lakin, onunla görüşdüyü, yoxsa artıq görüşəndə onun intihar etdiyi dəqiq məlum deyil. Sədigilin ailəsi köklü, hörmətli ailədir. Ona görə, nəsə demək çətindir. Onun əvvəllər avara uşaqlara qoşulduğu deyilir. Amma, ailəsi onun qarşısını ala bilmişdi, hər şey yaxşı idi. Birdən-birə oldu".
    PAYLAŞ:

    Oxşar xəbərlər