İlham Əliyev bu rayona 9.5 milyon manat ayırdı

İlham Əliyev bu rayona 9.5 milyon manat ayırdı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Asiya.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər