İzzət Bağırovun cangüdəni həbs olundu -"Neolit"də düşən davanın TƏFƏRRÜATI

İzzət Bağırovun cangüdəni həbs olundu -"Neolit"də düşən davanın TƏFƏRRÜATI
  • Mədəniyyət / Hadisə

  • Paytaxtın Nizami rayonunda, "Neolit" şadlıq evində insident baş verib.

    Asiya.az-ın salamnews-a istinadən xəbər verir ki, restoranda keçirilən şənlik mərasiminin sahibinin qohumları məclisdə ifa etmək üçün dəvət olunmuş müğənni İzzət Bağırovu video kamera ilə lentə almadıqlarına görə kütləvi dava baş verib.

    Belə ki, məlumata görə, Aslanovlar ailəsinin bir üzvünün ali məktəbə qəbul olunması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edilib. Bu zaman zalda həm şadlıq evinin, həm də məclis sahibinin qohumlarının videokameraları ilə çəkilişlər aparılıb.

    Müğənni İzzət Bağırov ifa edən zaman məclis sahibinin qohumlarının kamerası müğənnini lentə almadığından o, həmin operatoru təhqir edərək zalı tərk edib. Müğənninin bu addımından hiddətlənən mərasim sahibləri şadlıq evinin həyətinə çıxaraq məsələyə aydınlıq gətirmək istəyiblər.

    Bu zaman məclis iştirakçıları olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər. Xəsarət alan ata və oğlu 3 saylı şəhər xəstəxanasına, digər şəxs isə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.

    İlkin müayinələr zamanı Novruz Aslanovda kəllə-beyin travması, baş beyin silkələnməsi xəsarətləri aşkar edilib. Məlum olub ki, Novruz Aslanova küt alətlə xəsarət yetirilib. Zərərçəkən cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Vüsal Aslanlı isə ilkin müayinələrdən sonra ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb və hər iki mühafizəçi şübhəli şəxs qismində saxlanılıb, araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər