“Qarabağ”ın ilk ev oyununda biletlərin qiymətləri açıqlandı

“Qarabağ”ın ilk ev oyununda biletlərin qiymətləri açıqlandı
  • İdman

  • Asiya.az xəbər verir ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda "Qarabağ"ın qarşılaşacağı "Roma"yla matçın biletlərini sentyabr ayının 7-dən etibarən qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.

    Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

    Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

    Biletlərin qiymətləri:

    VIP - 50 AZN
    Kateqoriya 1 - 20 AZN
    Kateqoriya 2 - 10 AZN
    Kateqoriya 3 - 5 AZN
    Kateqoriya 4 - 2 AZN

    Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
    PAYLAŞ:

    Oxşar xəbərlər