“Qarabağ”-ın növbəti transferləri

“Qarabağ”-ın növbəti transferləri
  • İdman

  • Yay "transfer pəncərəsi"nin son günündə "Qarabağ" növbəti transferini həyata keçirib.

    Asiya.az apasport.az-a istinadən xəbər verir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında təmsilçimizin heyətində keçirəcək.

    27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

    Qeyd edək ki, daha öncə İsveçrənin "Sürix" klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın "Renn" klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.

    “Qarabağ”-ın növbəti transferləri

    "Qarabağ" yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.

    Asiya.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.

    Yunanıstanın "Olimpiakos" klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında "Qarabağ"da keçirəcək.

    Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

    28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin "Fredrikştad" klubunda başlayıb, daha sonra Hollandiyanın "Hereneven", Norveçin "Lillström" və "Rusenburq", Almaniyanın "Hoffenhaym" kimi klublarında çıxış edib.

    Ötən ilin yayında isə futbolçu "Olimpiakos" klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.

    “Qarabağ”-ın növbəti transferləri
    PAYLAŞ:

    Oxşar xəbərlər