Prezident iki dünya çempionumuzla bağlı sərəncam imzaladı

Prezident iki dünya çempionumuzla bağlı sərəncam imzaladı İlham Əliyev Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Asiya.az xəbər verir ki, dövlət başçısı iki idmançıya Prezidentin fərdi təqaüdünü ayırıb. Sərəncamda deyilir:

Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanmış və Azərbaycan idmanının şöhrətini daha da artırmışlar.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxşar xəbərlər