İcra başçısı parkla dayanacağı səhv saldı (FOTO)

İcra başçısı parkla dayanacağı səhv saldı (FOTO)
  • Siyasət / Manşet

  • Parklar insanların asüdə vaxtlarını keçirməsi, istirahət etməsi üçün nəzərdə tutulan məkanlardır. Bu obyektlərin tikintisi üçün böyük pullar ona görə xərclənir ki, insanlar istirahət edə, boş vaxtlarını keçirə bilsinlər. Amma bəzən parkın təyinatını səhv salanlar da olur...

    Belələrindən biri də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadədir. Aşağıda təqdim etdiyimiz fotolarda əks olunan maşın icra başçısının şəxsi avtomobilidir. 23 AA 001 seriyalı avtomobil burda tez-tez dayanır.

    Sözügedən park Göyçayın mərkəzində yerləşən Heydər Əliyev Parkıdır. Bir tərəfində Heydər Əliyev mərkəzi, bir tərəfində isə Göyçay Gənclər Mərkəzi yerləşir. Dayanacaqla parkı səhv salan icra başçısı isə xidməti avtomobilini bu iki mərkəzin ortasında - parkın mərkəzində saxlamaqla parkda gəzənlərin hərəkətinə mane olur. Və bu hadisə demək olar ki, hər gün təkrarlanır. (qaynarinfo.az)

    İcra başçısı parkla dayanacağı səhv saldı (FOTO)
    İcra başçısı parkla dayanacağı səhv saldı (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər