Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO

Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
  • Mədəniyyət

  • Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova dünən Bakıda jurnalistlər üçün mətbuat konfransı keçirib.

    Mətbuat konfransında onunla yanaşı, türkiyəli müğənni Pətək Dinçöz də iştirak edib.

    Abbasova bəyan edib ki, ATV-də aktrisanın aparıcılığı ilə “Məlahətli söhbətlər” verilişi olacaq. Verilişin ilk qonaqları arasında Pətək Dinçöz də var.

    Azərbaycanlı sənətkar bildirib ki, bu verilişi ərsəyə gətirməkdə məqsəd Türkiyə və Azərbaycan sənətçilərini bir araya gətirməkdir.

    Dinçöz də mətbuat konfransındakı bütün qonaqları salamlayıb. Bakıya gəldiyindən məmnun olduğunu deyən Pətək hətta zarafatca Azərbaycan paytaxtından ev almaq istədiyini də dilə gətirib.

    “Kurtlar vadisi” serialının baş qəhrəmanı, Türkiyənin məşhur aktyoru Necati Şaşmazın serialdakı anası Nəzifəni canlandıran aktrisa Serpil Tamur da Bakıya gəlib.

    Aktrisa “Məlahətli söhbətlər” verilişinin qonağı olub.

    Bu barədə Məlahət Abbasova özü açıqlama verib:

    “Serpil Tamur çox istedadlı aktrisa, böyük sənətkardır. Siz onu verilişimdə daha yaxından tanıyacaqsız”.

    Onu da öyrəndik ki, aktrisa verilişdə təmənnasız iştirak edib, heç bir qonorar tələb etməyib. (yenicag.az )

    Tədbirdən özəl fotoları və videoreportajı təqdim edirik:



    Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
    Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
    Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
    Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
    Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
    Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
    Türkiyəli məhşurlar Bakıya gəldi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər