Azərbaycanda vəzifəli şəxs bıçaqlandı

Azərbaycanda vəzifəli şəxs bıçaqlandı
  • Hadisə

  • Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.

    Asiya.az-ın Report-a istinadən məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

    Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər