Masazırda orta məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı

Masazırda orta məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı
  • Sosial / Manşet

  • Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.

    Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.

    Asiya.az Oxu.Az-a istinadən xəbər verir ki, övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.

    Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın "Artsax” kompozisiyası olub.

    "Bu musiqiyə görə, məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər”, – deyə valideyn yazıb

    Qeyd edək ki, bu kompozisiyanın Fikrət Əmirovun ”Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub və bu məsələ ətrafında mübahisələr gedib.

    Amma Fikrət Əmirovun oğlu Cəmil Əmirov mətbuata açıqlamasında bu xəbəri təkzib edib.

    “Fikrət Əmirovun belə bir əsəri yoxdur. Mən bu barədə danışmaqdan yorulmuşam artıq. Nə qədər desəm də ki Fikrət Əmirovun belə bir əsəri yoxdur, heç bir faydası olmur. Bir maraqlı məqam da var: ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar. Halbuki dediyim kimi atamın belə bir əsəri yoxdur"

    Bəstəkarın oğlu bildirib ki, açıq-aydın görünür ki bu musiqi 90-ların arranjimanıdı.

    “Bu kompozisiya haqqında söz-söhbət olub bir vaxtlar. Gah dedilər Tofiq Quliyevindir, gah dedilər Emin Sabitoğlunun. Amma heç birini sübut edə bilmədilər. O musiqi Azərbaycan musiqisinə intonasiya cəhətdən bənzəyir. Bu da normaldır. Bu xalqlar yüz illərdir qonşudurlar, musiqinin bir-birinə oxşaması təbiidir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər