Şeyxin oğlunun ölkədən getməsini təsdiqləndi – AÇIQLAMA

Şeyxin oğlunun ölkədən getməsini təsdiqləndi – AÇIQLAMA
  • Sosial / Cəmiyyət / Manşet

  • Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.

    Bu barədə ölkə.az-ın yaydığı məlumata görə, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. Məlumatda deyilir ki, Şeyxin oğlu İstanbul şəhərində ev alıb.

    “Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir” – xəbərdə deyilir.

    Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqlədi və bildirdi ki, həqiqətən də o, ailəsi ilə birgə dünən ölkəni tərk edib.

    Səbəbinə gəldikdə, bu barədə məlumatsız olduğunu söylədi: “Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”.

    Ola bilərmi ki, Şeyxin oğlu ölkəni müvəqqəti tərk edib və o, qayıdacaq? Hacı Qalib bu ehtimalı bölüşmədi: “Yox. Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər