XANIMLAR, DİQQƏT: Təmizlik vasitələri xərçəng yaradır

XANIMLAR, DİQQƏT: Təmizlik vasitələri xərçəng yaradır
  • Maraqlı / Araşdırma

  • Paltar ağardıcı maye və təmizlik vasitələri ağciyər xərçənginə yaxalanma riskini 30 faiz artıra bilir.

    Asiya.az ailem.az-a istinadən bildirir ki, bu, aparılan yeni araşdırma zamanı təsbit olunub. Araşdırmanın nəticəsinə görə, ev təmizliyi üçün istifadə edilən ağardıcı maye və təmizlik vasitələrindən həddindən çox istifadə ölümcül ağciyər xərçəngi riskini artırır.

    Mütəmadi olaraq bu güclü kimyəvi maddələri içinə çəkənlərdə adətən siqaret çəkən şəxslərdə rastlanan xroniki ağciyər narahatlıqları riski 32 faiz artırır.

    Bu hallara tibb bacılarında, təmizlik işçilərində və bu vasitələrə gündəlik həyatında sıx şəkildə məruz qalan şəxslərdə sıx rast gəlir.

    Araşdırmalar bu dezinfeksiya edicilərə məruz qalan şəxslərdə astma və nəfəs problemlərinə diqqət çəkir.
    PAYLAŞ:

    Oxşar xəbərlər