İlham Əliyev Trampla görüşdü - FOTO

İlham Əliyev Trampla görüşdü - FOTO
  • Siyasət, Manşet

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşüb.

    Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.

    Asiya.az xəbər verir ki, prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında görüşdən foto paylaşıb.

    Fotodan göründüyü kimi, prezidentlərin görüşündə birinci xanımlar da iştirak ediblər.

    Qeyd edək ki, sentyabrın 17-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfərə gediblər.


    İlham Əliyev Trampla görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər