Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO

Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO
  • Maraqlı / Manşet / İdman

  • "Sumqayıt" komandasının futbolçusu Nicat Muxtarovun oğurluqda ittiham edilərək həbs olunması bu mövzunu yenidən gündəmə gətirdi.

    Azərbaycanda idmançıların kriminal aləmə yaxınlığı, cinayət törətməyə meyilli olmaları və sair. Ancaq etiraf etmək lazımdır ki, idmançılar bir çox hallarda həbsə məhz ətraflarının "köməyi" ilə düşürlər. Bəzən isə məşhurluq, qazanılan böyük pullar və şöhrətlə pulun bir arada gətirdiyi başgicəllənmə nəticədə həmin istedadı dəmir barmaqlıqlar arasına qədər gətirib çıxarır.

    Asiya.az olke.az-a istinadla adı cinayətdə hallanmış idmançılarımızın siyahısını təqdim edir:

    Kiprin "Anartosis" komandasının və milli komandamızın üzvü Araz Abdullayevin adı cinayət əməlində hallananda o, karyerasının ən yaxşı dövrünü yaşayırdı. "Neftçi"nin əsas heyət oyunçusu olmaqla yanaşı, daim qollar vurur, paytaxt təmsilçisini arxasınca aparırdı. Amma 2013-cü ilin 28 mart tarixində yüksək sürətlə idarə etdiyi avtomobili ilə Nobel prospektində yol kənarında təmizlik işləri aparan 2 süpürgəçi qadını vurdu. Qadınlardan biri vəfat etdi, digəri ağır yaralandı. Şübhəsiz ki, "Neftçi"nin o zamanki rəhbəri Sadıq Sadıqovun müdaxiləsi nəticəsində Araz dəmir barmaqlıqlardan xilas ola bildi.


    Məsələnin ən pis tərəfi odur ki, Abdullayev cəmi bir neçə ay sonda yenidən avtoxuliqanlıqla gündəmə gəldi, mətbuatda və sosial şəbəkələrdə görüntüləri yayıldı.

    Yeri gəlmişkən, Abdullayev Azərbaycan idmançıları arasında ən bahalı idman avtomobilinin sahibidir.


    Bir zamanlar böyük perspektiv vəd edən, hazırda isə "Səbail"in qapısını qoruyan Emil Balayevin iştirakıyla baş vermiş avtoqəzada da ölən var idi. 21 yaşlı Balayev 2016-cı ilin dekabrında Suraxanı rayonu ərazisində idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurmuşdu. Nəticədə "Mercedes"də olan 6 aylıq körpə ölmüş, körpənin valideynləri isə ağır xəsarətlər almışdılar.

    Deyilənlərə görə, körpənin valideynləri Balayevi rəsmi şəkildə bağışlamışdılar. Məhz bu səbəbdən o da canını dəmir barmaqlıqlar arasına düşməkdən qurtara bildi.


    Azərbaycanın ilk və hələ ki yeganə peşəkar boksçusu Fariz Məmmədov isə ömrünün nə az, nə çox düz yeddi ilini həbsxanada keçirib. Qeyd edək ki, Məmmədov Cinayət Məcəlləsinin bir neçə maddəsiylə (qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələb etmə) ittiham olunurdu. Məsələnin sevindirici tərəfi budur ki, Fariz Məmmədov həbsdən azad olunandan sonra keçirdiyi ilk döyüşünü qələbəylə başa vurmuşdu. Özünün dediklərindən:

    "Maraqlı həyat yaşamışam. Arxaya baxmağa qorxuram. Çünki, ağır həyatım olub. Necə oldu ki, bu aləmə düşdüm? Hər yaşın öz həyatı var. Uşaq vaxtlarımda müharibədə, gənc yaşlarımda həbsdə. Doğrudan da, maraqlı həyatdır. Sən həyata bax... Həbsxana elə bir həyatdır ki, ağıllı insanlar üçün ən yüksək mərtəbə, ağılsız insanlar üçün ən aşağı mərtəbədir. Necə oldu mən həbsxanaya düşdüm... Məncə, ora düşməli idim. Elə bir həyat yaşayırdım ki, bu olmalı idi. Günahım var idi. Hər şey haqq-ədalətlə idi. O illərdən çox danışmaq istəmirəm. Orada düşünməyə vaxtım çox oldu. Elə bir həyat yaşayırsan ki, 24 saat azadlığın əlindən alınıb. Səmaya baxırsan, amma qaranlıq içində boğulursan. Həbsxana mənə düşünməyi və nəticə çıxarmağı öyrətdi.Orada doğma qardaşın belə, sənə yad olur. Çox şey öyrətdi mənə həbsxana. Ora akademiyadır. Hesab edirəm ki, maraqlı həyat yaşadım və o həyatı 5-lə qurtardım. Yoxsa, mən bu gün ayaqda olmazdım. Mənim daha səhv etməyə haqqım yoxdur. Əvvəlcə bir tövsiyyəmi gənc idmançılara deyim. Heç vaxt yolunuzdan çıxmayın. Çünki, sonra gec olur. Mənə dövlətim və dövlət işində işləyən dostlarım dəstək oldu. Əlbəttə, təqsirim var idi. Bu 7 il elə mənim əynimə biçilmişdi"

    2000-ci ilin yayına qədər Vüqar Ələkbərovu yalnız əhatəsi və dostları, həmkarları tanıyırdılarsa, Sidney olimpiadasında qazandığı bürünc medaldan sonra ölkədə onu tanımayan yox idi. Hətta olimpiadaya yollanan idmançılar siyahısında medal qazanmaq şansı elə də yüksək olmayanlardan hesab edilirdi. Çünki həmin vaxt Ələkbərovun cəmi 19 yaşı vardı. Nə yazıq ki, o da şöhrətin zirvəsində ikən pis çevrəyə tuş gəldi və 3 ay 23 gün həbsdə yatdıqdan sonra məhkəmə zalından azadlığa buraxıldı.

    Ötənlərin məşhur futbolçusu, bir zamanlar "Neftçi"nin rəmzlərindən hesab olunan Maşallah Əhmədov isə həbsə düşəndə yaşı 57-ni adlamışdı. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Məlumatlara görə, Cabbarov bir neçə şəxsdən külli miqdarda borc alıb və geri qaytarmayıb.


    Uşu-Sanda üzrə ikiqat dünya və Avropa çempionumuz Canpolad Budaqov da hazırda həbsxana həyatı yaşayır. O, erməni əsilli Rusiya vətəndaşını öldürməkdə ittiham edilir. Məşhur idmançı barədə başqa bir ittiham isə Rusiyanın Samara vilayətində polis sahə müvəkkili Samvel Mehrabovu öldürməsiylə bağlıdır.


    Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO
    Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO
    Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO
    Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO
    Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO
    Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər