İsmayıllıda ağır yol qəzası baş verib: 7 ölü, 3 yaralı

İsmayıllıda ağır yol qəzası baş verib: 7 ölü, 3 yaralı
  • Olay

  • İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

    Asiya.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

    Məlumata əsasən, “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

    Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşüb. Onlardan 3-ün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub.

    Məlumata görə, “Opel Zafir” markalı avtomobildə olan şəxslər - Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, onun qızları - 1998-ci il təvəllüdlü Rufanə, 2001-ci il təvəllüdlü Turanə, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun oğlanları - 2003-cü il təvəllüdlü Sahib və 2006-cı il təvəllüdlü Cavid aldıqları xəsarətdən hadisə yerində ölüblər.

    “Opel Zafira”ya baxış zamanı oradan başqa 3 uşağın - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib.

    “Toyota Prado” nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

    Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər