“Qarabağ” “Roma”ya layiqli müqavimət göstərdi 1:2 -Video

“Qarabağ” “Roma”ya layiqli müqavimət göstərdi 1:2 -Video
  • Manşet / İdman

  • Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulur.

    Asiya.az xəbər verir ki, qitənin bir nömrəli turnirində ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb.

    Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın bütün biletlərinin satılması da oyunun vacibliyindən xəbər verirdi. Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi Azərbaycan futbolunun tarixinə düşəcək qarşılaşmada ağdamlıların işi çox çətin idi. “Qarabağ” İtaliya nəhəngi ilə oyunda autsayder hesab olunsa da, təmsilçimiz asan yem olmadığını isbatlamağa çalışıb. Düzdü, üç qolun vurulduğu oyunda qələbəni qonaqlar bayram etdilər. Amma Ağdam klubu bu görüşdə rəqibinə layiqli müqavimət göstərməyi bacardı.

    “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub.

    Klubun yarımmüdafiəçisi Pedro Enrike ÇL-in qrup mərhələsinin ikinci turunda “Roma” ilə matçın 29-cu dəqiqəsində fərqlənib. Bununla da o, həmçinin ÇL-in qrupunda Azərbaycan futbol tarixində qol vuran ilk oyunçu olub.

    Qeyd edək ki, Azərbaycan klublarından ilk dəfə “Qarabağ” ÇL qrup mərhələsində oynamaq hüququ qazanıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər